Dünya
Gündəlik monotonluqdan çıxmağın yolu - Bahalı səyahətlərə ehtiyac yoxdur
Gündəlik həyatın monotonluğundan qurtulmaq üçün bahalı səyahətlərə çıxmağa ehtiyac yoxdur. Yeni təəssüratlar qazanmaq və həyatınızı rəngarəng etmək üçün yaşadığınız şəhəri araşdırmaq kifayətdir.
Publika.az xəbər verir ki, bu barədə psixoloq Aleksey İlyin Rusiya mediasına danışıb.
Mütəxəssisin sözlərinə görə, yeni təəssüratlar insanın həm şəxsi inkişafı, həm də ətrafdakılarla münasibətləri baxımından mühüm əhəmiyyət daşıyır. Səyahətə maddi imkan yoxdursa, şəhərdəki maraqlı məkanları kəşf etmək, parklarda gəzmək, memarlıq nümunələrini və təbiəti müşahidə etmək yaxşı alternativ ola bilər.
Psixoloq gündəlik həyatda diqqətdən kənarda qalan detallara maraq göstərməyi və insanın özünə müxtəlif suallar verməsini tövsiyə edir. Onun fikrincə, ətraf aləmi araşdırmaq və adi hadisələrə fərqli baxmaq həyatı daha maraqlı edə bilər.
Ekspert vurğulayıb ki, həyatın daha dolğun və maraqlı olması üçün əsas məsələ çox pul xərcləmək deyil, ətraf aləmə vaxt və diqqət ayırmaqdır.
Müəllif: Roza
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz





































.jpg)
