Dünya
"TikTok"da daha bir təhlükə - Buna görə cərimələnəcək...
Avropa İttifaqı TikTok-un istifadəçiləri sosial şəbəkədən asılı vəziyyətə sala bilən alqoritmlərindən narahatdır. Brüssel hesab edir ki, platformanın tövsiyə sistemi insanları, xüsusilə psixoloji problemlərlə bağlı zərərli məzmunun davamlı izlənildiyi informasiya tələsinə sürükləyə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Avropa Komissiyası TikTok-un alqoritmlərinin Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna dair ilkin nəticələrini açıqlayıb.
İstifadəçilər necə “tələyə” düşür?
Araşdırmaya görə, TikTok-un tövsiyə sistemi istifadəçinin maraq göstərdiyi videoları ardıcıl şəkildə təqdim edir. İnsan müəyyən mövzuda, hətta potensial zərərli məzmunda videolar izlədikcə alqoritm ona oxşar materialları daha çox göstərir.
Bu mexanizm ingiliscə rabbit hole – yəni istifadəçinin getdikcə daha dərin və dar məzmun axınına sürüklənməsi adlandırılır.
Avropa Komissiyasının qənaətinə görə, belə alqoritmlər xüsusilə psixi sağlamlıq problemləri və bədən görünüşü ilə bağlı narahatlıqları olan istifadəçilər üçün risk yarada bilər.
Komissiya rəsmilərindən biri bildirib ki, ilk dəfə sosial şəbəkənin istifadəçi fəallığına əsaslanan tövsiyə modeli birbaşa araşdırmanın hədəfinə çevrilib.
“Maraqlanmıram” düyməsi niyə işləmir?
Brüsselin əsas iradlarından biri TikTok-un istifadəçilərin seçimlərinə kifayət qədər əhəmiyyət verməməsidir.
Komissiya hesab edir ki, istifadəçi hansısa videoya “Maraqlanmıram” işarəsi qoyduqda bu seçim alqoritmə real təsir göstərməlidir.
Hazırda isə platformanın istifadəçinin videoya baxma müddəti və digər fəallıq göstəricilərinə daha çox üstünlük verdiyi bildirilir.
Araşdırmada maraqlı bir rəqəm də açıqlanıb: TikTok istifadəçilərinin cəmi 0,2 faizi fərdiləşdirilməmiş video lentini seçir.
TikTok-u milyardlıq cərimə gözləyə bilər
Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktına əsasən, qaydaları pozan platformalar illik qlobal dövriyyələrinin 6 faizinə qədər cərimələnə bilərlər.
Bu, Avropa Komissiyasının TikTok-a qarşı irəli sürdüyü beşinci qayda pozuntusu ittihamıdır. Bununla belə, Çin mənşəli platformaya hələlik bu işlər üzrə cərimə tətbiq edilməyib.
TikTok-un indi araşdırma materialları ilə tanış olmaq, öz mövqeyini müdafiə etmək və alqoritmlərdə dəyişiklik təklif etmək imkanı var.
Komissiya təklif edilən tədbirləri yetərli hesab edərsə, şirkət cərimədən yayına bilər.
TikTok daha əvvəl reklam şəffaflığı ilə bağlı başqa bir araşdırmanı Avropa Komissiyası ilə razılaşma əldə edərək yekunlaşdırmışdı.
Şirkət son ittihamlarla bağlı sorğusuya cavab verməyib. (Musavat.com)
-
Rəsmi xronika19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...



























.jpg)










.jpg)
