İntihar edən homoseksualın şüarı aksiyaya çevrildi - FOTOLAR
Bizi izləyin

Dünya

İntihar edən homoseksualın şüarı aksiyaya çevrildi - FOTOLAR

İntihar edən homoseksualın şüarı aksiyaya çevrildi

Azərbaycanda intihar edən homoseksual, LGBT təşkilatının sədri İsa Şahmarlının “Sevgi elə sevgidir” şüarı əsasında sosial şəbəkələrdə “flaşmob” tipli aksiya keçirilir.

Bu barədə İsa Şahmarlının dostu Lalə Mahmudova Publika.Az saytına məlumat verib.

Eyni zamanda bu layihənin icraçılarından olan Lalə Mahmudova deyir ki, yenicə başlayan şüar paylaşımı sosial şəbəkədə insanların diqqətinə səbəb olub: “Amerika, Fransa, Gürcüstan, qonşu Türkiyə, Böyük Britaniya, Norveç, Yaponiya və Azərbaycanda yaşayanlar bu layihəyə dəstək olaraq fotolarını sosial şəbəkələrdə yayırlar.

Uşaqdan qocaya qədər hər kəs İsa Şahmarlının şüarı olan “Sevgi elə sevgidir” sözləri yazılmış plakatla fotosunu çəkdirir. Bizə artıq 270-dən çox foto daxil olub. Onların əksəriyyəti xarici vətəndaşlardır. Layihə davam edir”.

Qeyd edək ki, sosial şəbəkələrdə “flaşmob”la bağlı eventlər də yaradılıb. İsa Şahmarlının digər layihələrinin də davam etdiriləcəyi bildirilir.

Elmin Bədəlov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm