Dünya
Türkiyə XİN-i: Ermənistan səmimi deyil
Ermənistan heç vaxt Türkiyə ilə münasibətlərin normallaşdırılmasında səmimiyyət nümayiş etdirməyib. Trend xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyet" qəzeti ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə həmçinin Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyə ilə əlaqələrin normallaşdırılması haqqında Ermənistan-Türkiyə protokollarını geri çağırmasını qınayıb: "Bu, səhv və uğursuz addımdır".
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə ilə diplomatik münasibətlərlə bağlı Ermənistan-Türkiyə protokollarını geri çağırmaq qərarına gəlib. Bu barədə Ermənistan dövlət başçısının saytında deyilir.
S.Sarkisyan Türkiyə liderinə göndərdiyi məktubda qeyd edib ki, protokolların imzalanmasından təqribən 6 il keçsə də, onlar nəticə verməyib.
Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan XİN rəhbərləri Əhməd Davudoğlu və Edvard Nalbandyan iki ölkə arasında əlaqələrin normallaşdırılması haqqında protokollar imzalamışdılar. Lakin protokollar ölkənin parlamentlərində ratifikasiya edilməyib.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildə dayandırılmışdır. Səbəb isə Yerevanın Türkiyədən qondarma "erməni soyqırımı"nı tanıması və Ermənistanın SQ Azərbaycan ərazisini işğal etməsi olub.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB