İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
Bizi izləyin

Dünya

İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı

İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı

Bolqarıstan Hərbi Hava Qüvvələrinin “MiQ-29” qırıcıları göyərtəsində partlayıcı qurğuların ola biləcəyi barədə məlumat daxil olan iki sərnişin təyyarəsini Sofiya hava limanına qədər müşayiət edib.

Publika.az xəbər verir ki, təyyarələr London və Brüsseldən yola düşüb.

Bolqarıstan Müdafiə Nazirliyinin məlumatına görə, qırıcılar ölkənin hava məkanında təhlükəsizlik prosedurlarına uyğun olaraq müşayiəti həyata keçiriblər.

Sofiyanın Vasil Levski adına hava limanında eniş edən təyyarələr sərhəd polisi tərəfindən yoxlanılıb. Yoxlama zamanı şübhəli əşya aşkarlanmayıb.

Qeyd edək ki, əməliyyat NATO-nun hava məkanının mühafizəsini nəzərdə tutan “Air Policing” missiyası çərçivəsində həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm