Kiyevdən ABŞ-a silah siyahısı
Bizi izləyin

Dünya

Kiyevdən ABŞ-a silah siyahısı

Ukrayna Müdafiə Nazirliyi ehtiyacı olduğu hərbi texnikanın siyahısını ABŞ-a verib.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə “5 kanal”a Ukraynanın müdafiə nazirinin məsləhətçisi Yuri Biryukov bildirib.

O qeyd edib ki, dəqiqləşdirilmiş siyahıdan başqa, 350 milyon dollarlıq üçillik kreditin birinci tranşının köçürülməsi müzakirə edilir.

“Amerikalılar qəti şəkildə mənfi cavab vermirlər. Onlar deyirlər ki, Ağ Evdə qərar qəbul edilməyib, amma qəbul ediləcək. Bu istiqamətdə iş aparılır. Söhbət zirehli texnika və bir sıra silahlardan gedir”, - Biryukov deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm