Dünya
33 ölkə vətəndaşlarına təcili çağırış - Nə baş verir?
Dünyanın 33 ölkəsinin hökuməti, o cümlədən ABŞ və Avropa İttifaqının üzvü olan dövlətlər vətəndaşlarına fövqəladə hallar üçün zəruri ehtiyatlar toplamağı tövsiyə edib. Çağırışda evdə nağd pul, konservləşdirilmiş qida, batareya və fənər saxlamağın vacibliyi vurğulanıb.
Publika.az xəbər verir ki, hökumətlərin eyni vaxtda belə xəbərdarlıqlar etməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə mağazalarda ehtiyatların azalması və zəruri ləvazimatlara tələbatın artması diqqət çəkib.
Məlumata görə, XXI əsrin ilk rübündə baş verən geosiyasi dəyişikliklər, pandemiyalar və ekoloji fəlakətlər dövlətləri mümkün fövqəladə vəziyyətlərə daha ciddi hazırlaşmağa vadar edib. Pandemiyanın yaratdığı böhrandan sonra təhlükəsizlik narahatlıqları daha da güclənib.
ABŞ və Avropanın 17 ölkəsi də daxil olmaqla, 33 dövlətin vətəndaşlara mülki müdafiə qaydaları ilə bağlı ardıcıl xəbərdarlıqlar etməsinin arxasında bir neçə qlobal riskin dayandığı bildirilir.
Bunlara Rusiya ilə Ukrayna arasında gərginliyin artması, Yaxın Şərqdə münaqişələrin dərinləşməsi, iqlim dəyişiklikləri nəticəsində baş verə biləcək fəlakətlər və enerji infrastrukturuna qarşı hibrid hücumlar daxildir.
Nəşrin yazdığına görə, təhlükəsizlik və böhranların idarə olunması üzrə mütəxəssislər bu çağırışların ayrı-ayrı ölkələrin deyil, qlobal miqyasda artan təhlükəsizlik narahatlıqlarının göstəricisi olduğunu bildirirlər.
Hökumətlərin əsas tövsiyəsi isə fövqəladə vəziyyət zamanı bir müddət müstəqil şəkildə yaşamağa imkan verəcək ərzaq, su, işıqlandırma vasitələri və digər zəruri ləvazimatların əvvəlcədən hazırlanmasıdır. (Globalinfo.az)
-
Dünya21:5133 ölkə vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı




































.jpg)

