Dünya
Görünməmiş kiberhücum dalğası: Milyonlarla məlumat təhlükə altında
Yaponiyada bu ilin oktyabr ayında 475 milyondan çox kiberhücum qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur və rekord göstərici hesab olunur.
Publika.az xəbər verir ki, bu barədə “Sankei” nəşri “Cyber Security Cloud” tədqiqat şirkətinə istinadən məlumat yayıb.
Bildirilib ki, cəmi bir ay ərzində kiberhücumların sayı 21 milyon artıb. Analitiklər bunu süni intellekt əsaslı avtomatlaşdırılmış sistemlərin istifadəsinin genişlənməsi ilə əlaqələndirirlər.
Artan təhlükələr fonunda Yaponiya hakimiyyəti kibertəhlükəsizlik məsələlərinə dair xüsusi iclas keçirib. Bundan əvvəl “Capcom”, “Sagawa Express” və “Sky Ticket” şirkətləri mümkün məlumat sızmaları barədə xəbərdarlıq ediblər.
İlkin qiymətləndirmələrə əsasən, “Capcom”un 11,7 milyon, “Sagawa Express”in isə 53,2 milyon müştərisinin məlumatları təhlükə altında ola bilər.
Müəllif: Roza
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?















.jpg)










.jpg)

.jpg)






.jpg)


