Dünya
Hörmüz böhranında top ABŞ-dadır: İran 48 saatlıq planı masaya qoydu
İran Hörmüz boğazında gəmiçiliyin iki gün ərzində bərpa olunmasını təklif edir. Tehran bu planı vəziyyətin sabitləşdirilməsi üçün ən sürətli və məntiqli yol hesab edir.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “Tasnim” agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, planın həyata keçirilməsi ABŞ-ın siyasi iradəsindən asılıdır: "Plan ən məntiqli və operativ fəaliyyət proqramı kimi qüvvədə qalır. Bu plan göstərir ki, dünya üzrə nəqliyyat marşrutlarının təhlükəsizliyini bərpa etmək üçün qarşı tərəfin real siyasi iradəsi tələb olunur".
Bəqayi ABŞ-dakı aralıq seçkilərə də münasibət bildirərək Vaşinqtonun siyasi qüvvələri arasında Tehran üçün heç bir fərq olmadığını vurğulayıb.
O, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə sadiq qaldığını qeyd edib. Bəqayi İranın kimyəvi silahdan istifadə edə biləcəyi ilə bağlı məlumatları da təkzib edib.
Müəllif: Roza
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı












.jpg)






.jpg)
.jpg)









.jpg)


