KTMT ilə bağlı İrəvandan yeni mesaj: Parlamentdə hansı qərar verilib?
Bizi izləyin

Dünya

KTMT ilə bağlı İrəvandan yeni mesaj: Parlamentdə hansı qərar verilib?

KTMT ilə bağlı İrəvandan yeni mesaj: Parlamentdə hansı qərar verilib?

Ermənistan parlamentində ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı hər hansı təşəbbüs və ya müzakirə aparılmır.

Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü Geqam Manukyan “İzvestiya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, parlamentdə KTMT-dən çıxmaqla bağlı heç bir addım atılmayıb. Bu istiqamətdə yalnız hakim partiyanın nümayəndələri və baş nazir Nikol Paşinyan bəyanatlar səsləndiriblər.

Qeyd edək ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dondurub. Ölkə hazırda təşkilata üzvlük haqlarını ödəmir, lakin formal olaraq tamhüquqlu üzv olaraq qalır. KTMT-nin nizamnaməsinə əsasən, üzvlük haqları üzrə borcunu tam ödəməyən dövlət səsvermə hüququndan məhrum edilə bilər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm