Lyayen Zelenski ilə görüşə hazırlaşır - Sülh gündəmi müzakirə edildi
Bizi izləyin

Dünya

Lyayen Zelenski ilə görüşə hazırlaşır - Sülh gündəmi müzakirə edildi

Lyayen Zelenski ilə görüşə hazırlaşır - Sülh gündəmi müzakirə edildi

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə “The Tribune” nəşri məlumat yayıb.

Bildirilib ki, tərəflər söhbət zamanı Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini, atəşkəs məsələsini və Əbu-Dabidə keçiriləcək danışıqları müzakirə ediblər.

Fon der Lyayen Qara dənizdə gəmiçiliyin azadlığının bərpası və qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin ərzaq və enerji infrastrukturu ilə bağlı atəşkəs çağırışına dəstəyini ifadə edib.

Fon der Lyayen, həmçinin sülhə nail olmaq istiqamətində növbəti addımları müzakirə etmək üçün həftənin sonunda Dublində Zelenski ilə görüşməyi planlaşdırdığını açıqlayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm