Türkiyə bu ölkədən hərbçilərini tamamilə çıxarır - İlin sonunadək...
Bizi izləyin

Dünya

Türkiyə bu ölkədən hərbçilərini tamamilə çıxarır - İlin sonunadək...

Türkiyə bu ölkədən hərbçilərini tamamilə çıxarır - İlin sonunadək...

Türkiyə ilin sonunadək İraqın Başika bölgəsindəki Zilkan hərbi bazasından qoşunlarının çıxarılmasını başa çatdıracaq.

Publika.az xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Sabah ən-Numan bildirib.

Onun sözlərinə görə, Türkiyə hərbçilərinin çıxarılmasından sonra baza 2026-cı ilin sonunadək və ya 2027-ci ilin əvvəlində İraqın təhlükəsizlik qüvvələrinin nəzarətinə veriləcək. Tərəflər, həmçinin Sincar bölgəsində təhlükəsizliyin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Zilkan hərbi bazası 2015-ci ildə İŞİD-lə mübarizə aparan yerli qüvvələrin hazırlanması məqsədilə yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm