Minlərlə arı şirniyyat mağazasını ələ keçirdi - VİDEO
Bizi izləyin

Dünya

Minlərlə arı şirniyyat mağazasını ələ keçirdi - VİDEO

Minlərlə arı şirniyyat mağazasını ələ keçirdi - VİDEO

Hindistanın Fatehabad şəhərində şirniyyat mağazasının sahibi minlərlə arının şirniyyat piştaxtalarını bürüdüyünü və ticarəti demək olar ki, dayandırdığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə NDTV yazır.

Mağazanın sahibi satışları artırmaq qərarına gələrək birbaşa küçədə əlavə piştaxta qurub. Orada çoxu şəkər şərbətinə batırılmış ənənəvi hind şirniyyatları düzülüb. Görünür, arıları məhz bu şirniyyatlar cəlb edib.

Bir müddət sonra mağazaya böyük bir arı sürüsü axışıb. Həşəratlar desertlərin qoyulduğu siniləri sözün əsl mənasında örtüb, digərləri isə mağazanın ətrafında dövrə vurub. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi şirniyyatların üzərində boş yer demək olar ki, qalmadığı görünür. İşçilər arıları qovmağa çalışsalar da, onlar ərazini tərk etmək niyyətində olmayıblar. Hətta közərən odun kömüründən tüstü də istifadə edilib, lakin çağırılmamış qonaqlardan qısa müddətdə qurtulmaq mümkün olmayıb.

Alıcılar mağazadan uzaq durmağa üstünlük veriblər. Nəticədə ticarət fəaliyyəti pozulub. Sahibinin sözlərinə görə, arıların hücumu nəticəsində təxminən 2 min dollar zərər edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm