Dəhşətli qəza: Avtobus 32 nəqliyyat vasitəsinə çırpıldı, 57 nəfər...
Bizi izləyin

Dünya

Dəhşətli qəza: Avtobus 32 nəqliyyat vasitəsinə çırpıldı, 57 nəfər...

Dəhşətli qəza: Avtobus 32 nəqliyyat vasitəsinə çırpıldı, 57 nəfər...

Cənubi Koreyanın Seonqnam şəhərində sərnişin avtobusunun idarəetmədən çıxması nəticəsində zəncirvari qəza baş verib.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, avtobus əvvəlcə yolda hərəkət edən dörd avtobusa, daha sonra bir yük maşınına və 27 avtomobilə çırpılıb.

Qəza nəticəsində 57 nəfər xəsarət alıb, onlardan altısının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən sonra sürücü ilkin ifadəsində əyləclərin işləmədiyini bildirib.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm