ABŞ-ın vasitəçiliyi də nəticə vermədi: Danışıqlar dalana dirənib
Bizi izləyin

Dünya

ABŞ-ın vasitəçiliyi də nəticə vermədi: Danışıqlar dalana dirənib

ABŞ-ın vasitəçiliyi də nəticə vermədi: Danışıqlar dalana dirənib

Ukrayna və Rusiya arasında Əbu-Dabidə iki gün davam edən danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.

Publika.az xəbər verir ki, Fransanın “Le Monde” nəşrinin məlumatına görə, tərəflər atəşkəs məsələsində razılığa gələ bilməyiblər.

Moskva atəşkəs təklifinə qarşı çıxmaqda davam edib. Ukrayna prezidenti Vladimir Zelenski müzakirələri konstruktiv adlandırsa da, Rusiya nümayəndə heyəti görüşün nəticələrini şərh etməyib.

ABŞ administrasiyası isə danışıqların keçirilməsini müsbət qiymətləndirib. Dövlət katibi Marko Rubio Vaşinqtonun tərəfləri eyni masa arxasına gətirə bilən yeganə ölkə olduğunu bildirib.

Avropa ölkələri ABŞ-ın Moskva ilə razılaşma əldə etmək üçün Ukraynaya güzəştlər təklif edə biləcəyindən narahatdır. Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndələri də Əbu-Dabidə müzakirələrə qoşulublar.

Avropa tərəfi əvvəlcə atəşkəsin əldə olunmasını, daha sonra Ukraynaya təhlükəsizlik təminatlarının verilməsini tələb edir. Zelenski isə ABŞ və Avropa ölkələrinin Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı danışıqlarda iştirakının vacibliyini vurğulayıb.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm