İsrail Türkiyəyə qarşı Yunanıstanla hərbi ittifaq istəyir: Müharibə planı gündəmdə
Bizi izləyin

Dünya

İsrail Türkiyəyə qarşı Yunanıstanla hərbi ittifaq istəyir: Müharibə planı gündəmdə

İsrail Türkiyəyə qarşı Yunanıstanla hərbi ittifaq istəyir: Müharibə planı gündəmdə

Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyəti Yunanıstan və İsraildə narahatlıq yaradıb.

Publika.az xəbər verir ki, israilli analitik Şay Qal Yunanıstanın “Flash GR” telekanalında çıxışı zamanı Ankara ilə mümkün qarşıdurma ssenarilərindən danışıb.

Analitik İsrail və Yunanıstan arasında qarşılıqlı hərbi yardımı nəzərdə tutan məcburi müdafiə sazişinin imzalanmasını təklif edib. Onun fikrincə, belə bir razılaşma böhran baş verdikdən sonra deyil, əvvəlcədən qüvvəyə minməlidir. Qal Türkiyənin Yunanıstana hücum edəcəyi təqdirdə İsrailin Afinaya hərbi dəstək verməli olduğunu, zərurət yaranarsa, İsrail ordusunun birbaşa münaqişəyə qoşula biləcəyini bildirib.

İsrailli analitik Fransa ilə Yunanıstan arasındakı müdafiə əməkdaşlığını nümunə göstərərək, İsrail və Yunanıstan arasında da oxşar mexanizmin yaradılmasını istəyib.

Qalın diqqət çəkdiyi digər məsələ Türkiyə ilə Liviya arasında imzalanmış dəniz yurisdiksiyası sahələrinə dair memorandum olub. O iddia edib ki, bu razılaşma Ankaranın Şərqi Aralıq dənizindəki mövqelərini gücləndirməklə yanaşı, enerji layihələrinə və İsrailin Avropa ilə əlaqələrinə birbaşa təsir göstərə bilər.

Suriyadakı vəziyyətə də toxunan Qal Türkiyənin bu ölkədəki hərbi üstünlüyünün İsrail və Türkiyəni bir neçə dəqiqə ərzində birbaşa qarşıdurmaya sürükləyə biləcəyini iddia edib. O, İsrailin mümkün müharibəyə hazırlaşmasının vacibliyini vurğulayıb.

Qal, həmçinin İsrail, Yunanıstan və Cənubi Kipr Rum Administrasiyası arasında koordinasiyanın gücləndirilməsinə çağırıb. Onun sözlərinə görə, Türkiyənin bölgədə artan nüfuzu qarşısında hər üç tərəf mümkün böhrana indidən hazır olmalıdır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm