Dünya
Bayden ailəsi İrlandiyada "süd duşu" qəbul etdi: Etirazçıların hücumu
ABŞ-ın keçmiş prezidenti Co Bayden, həyat yoldaşı Cil və oğlu Hanter İrlandiyaya səfəri zamanı etirazçılar tərəfindən süd paketləri və digər əşyalarla hədəfə alınıb.
Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Hadisə noyabrın 10-da Baydenin Dublindəki Triniti Kollecinə səfəri zamanı baş verib. O, oğlu Hanter Baydenə kollecin Tarix Cəmiyyətinin ictimai müzakirəyə verdiyi töhfəyə görə qızıl medal təqdim edilməsi mərasimində iştirak edib.
Fələstinə dəstək verən etirazçılar təhsil müəssisəsinin qarşısına toplaşaraq Bayden və ailə üzvlərinə süd paketləri, eləcə də müxtəlif əşyalar atıblar. Aksiya zamanı “Əlləriniz qana batıb”, “Sizə ayıb olsun” və “Soyqırımçı Co” şüarları səsləndirilib.
Təhlükəsizlik əməkdaşları Bayden və ailəsini çətirlərlə qoruyaraq avtomobilə mindiriblər. Hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları isə etirazçılardan azı ikisinə bibər qazı tətbiq edərək onları saxlayıblar.
Müəllif: Adəm
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
















.jpg)
.png)
















