Aİ və NATO Ukraynada yeni təhlükəsizlik sistemi qurmağa hazırlaşır
Bizi izləyin

Dünya

Aİ və NATO Ukraynada yeni təhlükəsizlik sistemi qurmağa hazırlaşır

Aİ və NATO Ukraynada yeni təhlükəsizlik sistemi qurmağa hazırlaşır

Avropa İttifaqı, NATO və Böyük Britaniya Ukraynada münaqişə başa çatdıqdan sonra Avropanın yeni təhlükəsizlik arxitekturasının yaradılmasını müzakirə etməyə hazır olduqlarını bəyan ediblər.

Publika.az xəbər verir ki, bu barədə Əbu-Dabidə ABŞ və Ukrayna nümayəndələri ilə keçirilən məsləhətləşmələrin yekunlarına dair birgə bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, yeni təhlükəsizlik sistemi mövcud Avropa institutları və sazişlər əsasında formalaşa bilər. Bununla yanaşı, kollektiv müdafiədə NATO mərkəzi rolunu qoruyub saxlamalıdır.

Tərəflər həmçinin yeni münaqişələrin və təhlükəli eskalasiyanın qarşısının alınması yollarını müzakirə edib, Ukraynada sülh nizamlanması istiqamətində birgə işi davam etdirmək niyyətlərini təsdiqləyiblər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm