Ödənişini ala bilmədi, ağır texnika ilə hökumət binasını dağıtdı - VİDEO
Bizi izləyin

Dünya

Ödənişini ala bilmədi, ağır texnika ilə hökumət binasını dağıtdı - VİDEO

Ödənişini ala bilmədi, ağır texnika ilə hökumət binasını dağıtdı - VİDEO

Çinin Şaansi əyalətinin Sian şəhərində 47 yaşlı kişi ağır texnika ilə hökumət binasına hücum edərək binanın fasadına ziyan vurub.

Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisəyə səbəb kişinin hökumətlə yaşadığı mübahisə olub. Hücumdan sonra bina boşaldılıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Polis şübhəlini saxlayıb.

Yerli mənbələrin iddiasına görə, kişi dövlət layihəsini həyata keçirən podratçı olub və işi təhvil verdikdən bir il keçməsinə baxmayaraq, ödənişini ala bilməyib. Digər iddiaya əsasən isə hücum onun balıq təsərrüfatının hökumət tərəfindən dağıdılmasına etiraz olaraq törədilib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm