Bu ölkə 2028-ci ilə qədər rusların girişinə icazə verməyəcək
Bizi izləyin

Dünya

Bu ölkə 2028-ci ilə qədər rusların girişinə icazə verməyəcək

Bu ölkə 2028-ci ilə qədər rusların girişinə icazə verməyəcək

Latviya Rusiya və Belarus vətəndaşlarına tətbiq edilən viza məhdudiyyətlərinin müddətini 2027-ci il dekabrın 31-dək uzadıb.

Publika.az xəbər verir ki, bu barədə “Mk.ru” məlumat yayıb.

Bildirilib ki, ölkənin Nazirlər Kabineti Xarici İşlər Nazirliyinin bununla bağlı təşəbbüsünü təsdiqləyib.

Qərarın Ukraynada davam edən münaqişə, regiondakı qeyri-sabit vəziyyət və milli təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar qəbul edildiyi bildirilib.

Latviya Xarici İşlər Nazirliyi qeyd edib ki, məhdudiyyətlərin müddəti gələcəkdə yenidən nəzərdən keçirilə bilər. Bu, regiondakı vəziyyətin və onun ölkənin təhlükəsizliyinə təsirinin qiymətləndirilməsindən asılı olacaq.

Qeyd edək ki, Baltikyanı ölkələr və Polşa 2022-ci ilin sentyabrında rusiyalıların turizm, mədəniyyət, idman və işgüzar səfərlər məqsədilə Şengen zonasına girişinə məhdudiyyətlər tətbiq edib. Həmin vaxtdan Latviya bu tədbirlərin müddətini dəfələrlə uzadıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm