Orbanın qardaşı həbs edildi - Foto
Bizi izləyin

Dünya

Orbanın qardaşı həbs edildi - Foto

Orbanın qardaşı həbs edildi - Foto

Macarıstanda keçmiş baş nazir Viktor Orbanın kiçik qardaşı, sahibkar Aron Orban həbs edilib.

Publika.az xəbər verir ki, Budapeşt Şəhər Məhkəməsinin nümayəndəsi Gerqo Bozo həbs qərarının şübhəlilərin ölkədən qaçmaq və ədalət mühakiməsindən yayınmaq ehtimalı ilə əlaqədar verildiyini bildirib.

Aron Orban və ətrafındakılar Vyetnamdan Avropaya qanunsuz miqrasiyanı təşkil etməkdə şübhəli bilinirlər. İstintaqın məlumatına görə, onlar ödəniş müqabilində Macarıstan səfirlikləri vasitəsilə Şengen vizalarının alınmasına şərait yaradıblar. Məhkəmənin bildirdiyinə görə, A.Orban 2024-cü ildə 100-dən çox şəxsə bu cür xidmət göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm