İran və Oman razılığa gəldi: Hörmüz boğazında nə dəyişəcək?
Bizi izləyin

Dünya

İran və Oman razılığa gəldi: Hörmüz boğazında nə dəyişəcək?

İran və Oman razılığa gəldi: Hörmüz boğazında nə dəyişəcək?

Tehran və Maskat Hörmüz boğazında gəmiçilik dəhlizinin yaradılması və dəniz hərəkətinin bölüşdürülməsi ilə bağlı razılığa gəliblər.

Publika.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müharibədən əvvəl Hörmüz boğazında mövcud olan vəziyyət bərpa olunmayacaq.

Qalibaf qeyd edib ki, boğazda gəmiçiliyin yeni qaydada təşkili İranın münaqişənin həlli üçün irəli sürdüyü yeddi şərtdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm