Qızıl əməliyyatından qayıdan polislərə hücum - Çoxlu sayda ölən var
Bizi izləyin

Dünya

Qızıl əməliyyatından qayıdan polislərə hücum - Çoxlu sayda ölən var

Qızıl əməliyyatından qayıdan polislərə hücum - Çoxlu sayda ölən var

Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat rayonunda polis patruluna silahlı hücum nəticəsində 10 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 12-si yaralanıb.

Publika.az “Dawn”a istinadən xəbər verir ki, hadisə polislərin qanunsuz qızıl hasilatına qarşı əməliyyatdan qayıtdığı zaman baş verib.

Ölənlər arasında polis rəisinin müavini Heydər Zaman da var. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polisin məlumatına görə, hücumu “Təhrik-i-Taliban Pakistan” üzvləri törədib. Atışma zamanı 18 yaraqlı məhv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm