Zelenski ABŞ-ın Ukraynaya təklifini açıqladı: “Bizimlə belə danışmaq olmaz”
Bizi izləyin

Dünya

Zelenski ABŞ-ın Ukraynaya təklifini açıqladı: “Bizimlə belə danışmaq olmaz”

Zelenski ABŞ-ın Ukraynaya təklifini açıqladı: “Bizimlə belə danışmaq olmaz”

ABŞ Ukraynaya Rusiya ilə müharibəni dayandırmaq üçün Donbasla bağlı ərazi güzəştlərinə getməyi təklif edir. Kiyev isə bu yanaşmanı qəbuledilməz hesab edir.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi Donbasın Rusiyaya verilməsi məsələsini dəfələrlə gündəmə gətirir və bunu müharibənin dayandırılması yolu kimi görür.

"Bizimlə bu cür danışmaq mümkün deyil", - Ukrayna lideri vurğulayıb.

Zelenski, həmçinin Əbu-Dabidə keçirilən danışıqlarda enerji və dəniz atəşkəsi məsələlərinin müzakirə olunduğunu, lakin Rusiya nümayəndə heyətinin bu mövzuda qərar vermək səlahiyyətinin olmadığını bildirdiyini deyib.

Ukrayna lideri əlavə edib ki, ABŞ Prezidentinin elçiləri Stiv Vitkov və Cared Kuşner Moskvada Vladimir Putinlə görüşdə atəşkəs məsələsini qaldıracaqlar. Zelenski həmin görüşdən konkret cavab gözlədiyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm