İsrailin “gizli silahı” üzə çıxdı: Üç ölkənin adı çəkildi - Türkiyə detalı
Bizi izləyin

Dünya

İsrailin “gizli silahı” üzə çıxdı: Üç ölkənin adı çəkildi - Türkiyə detalı

İsrailin “gizli silahı” üzə çıxdı: Üç ölkənin adı çəkildi - Türkiyə detalı

İsrailin yeni nəsil qanadlı raketi “SUPER ICE” ölkənin mümkün təhlükə ssenariləri ilə bağlı müzakirələri gündəmə gətirib. İsrail mətbuatı İran və Yəmənlə yanaşı, Türkiyənin də mümkün təhdidlər sırasında nəzərdən keçirildiyini yazıb.

Publika.az xəbər verir ki, “Maariv” nəşrinin məlumatına görə, İsrailin müdafiə şirkəti “Rafael” tərəfindən hazırlanan “SUPER ICE” raketi ilk dəfə ictimaiyyətə təqdim olunub.

Havadan, qurudan və dənizdən buraxıla bilən raket radar sistemlərini və hava hücumundan müdafiə vasitələrini sıradan çıxarmaq üçün nəzərdə tutulub.

Raketin əsas xüsusiyyətlərindən biri hədəfə yaxınlaşana qədər aşkarlanmasının çətin olmasıdır. Raket radarları, zenit sistemlərini, nüvə reaktorları kimi strateji obyektləri, eləcə də müasir müdafiə sistemləri ilə qorunan hərbi gəmiləri hədəfə ala bilir. Onun təxminən 454 kiloqram ağırlığında döyüş başlığı daşıdığı və əvvəlki analoji raketlərin döyüş başlıqlarından təxminən dörd dəfə böyük olduğu bildirilir.

Məqalədə İran, Yəmən və Türkiyənin adının qeyd olunması diqqət çəkib. Nəşr Təl-Əvivdə Türkiyənin hərbi gücünün yaxından izlənildiyini və mümkün təhlükə ssenarilərinə qarşı hazırlıq aparıldığını iddia edib.

İsrail mətbuatının yeni raketlə bağlı təqdimatında Türkiyənin adının çəkilməsi regiondakı hərbi rəqabət və təhlükəsizlik balansı baxımından diqqət çəkən məqamlardan biri olub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm