Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
Bizi izləyin

Dünya

Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO

Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO

Rusiya Federasiyası Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kiril Dmitriyev Moskvaya gələn Stiv Uitkoff və Cared Kuşneri aeroportda Rusiya milli komandasının formasında qarşılayıb.

Publika.az xəbər verir ki, Dmitriyev “X” sosial şəbəkəsində hava limanında çəkilmiş şəkilləri paylaşaraq "Stiv və Caredi Moskvada salamlayıram” yazıb.

Noyabrın 11-də Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Əbu-Dabidə iki günlük danışıqlar başa çatdı. Bu danışıqlardan sonra Kuşner, danışıqların nəticələrini müzakirə etmək və Amerika tərəfinin Kiyev və avropalılarla əvvəllər müzakirə etdiyi təklifləri təqdim etmək üçün xüsusi elçi Stiv Uitkoffla birlikdə noyabrın 12-də Moskvaya gəlib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm