İtaliyada minlərlə məktəbdə bomba həyəcanı - Şagirdlər təxliyə edildi
Bizi izləyin

Dünya

İtaliyada minlərlə məktəbdə bomba həyəcanı - Şagirdlər təxliyə edildi

İtaliyada minlərlə məktəbdə bomba həyəcanı - Şagirdlər təxliyə edildi

İtaliyada 6 mindən çox məktəbə bomba təhdidi ilə bağlı anonim elektron məktub göndərilib. Hadisə ölkə üzrə narahatlığa səbəb olub, bir sıra təhsil müəssisələri təxliyə edilib.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Rainews24” telekanalı məlumat yayıb.

“Mixail Andropov” imzası ilə göndərilən məktubda bəzi təhsil müəssisələrində bomba yerləşdirildiyi iddia olunub. Təhdidlər səbəbindən paytaxt Roma ilə yanaşı, Milan, Triest, Bolonya, Neapol, Reggio Kalabriya və Sardiniya adasındakı çoxsaylı məktəblər, eləcə də uşaq bağçaları boşaldılıb. Məktubları alan təhsil müəssisələrində təhlükəsizlik yoxlamaları aparılıb.

Məktubda “Sizi məhv etməyə gəlmişik” ifadəsi yer alıb. Baş nazir Corcia Meloni məsələ ilə bağlı açıqlamasında hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının vəziyyəti nəzarətdə saxladığını bildirib. Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı real təhlükənin mövcudluğunu təsdiqləyən heç bir dəlil aşkarlanmayıb.

İlkin qiymətləndirmələrə əsasən, təhdidlərin məqsədi cəmiyyətdə qorxu və narahatlıq yaratmaqdır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm