Trampdan Putinə təklif: Avropa ilə yeni təhlükəsizlik müqaviləsi hazırlayaq
Bizi izləyin

Dünya

Trampdan Putinə təklif: Avropa ilə yeni təhlükəsizlik müqaviləsi hazırlayaq

Trampdan Putinə təklif: Avropa ilə yeni təhlükəsizlik müqaviləsi hazırlayaq

ABŞ Rusiyadan Avropa ilə yeni təhlükəsizlik müqaviləsi hazırlamasını istəyib.

Publika.az xəbər verir ki, bu barədə iki məlumatlı mənbə “Axios”a məlumat verib.

Onların sözlərinə görə, bu məsələ Əbu-Dabidə keçirilən Ukrayna danışıqlarında əsas müzakirə mövzusu olub. Görüşdə iştirak edən Rusiya nümayəndələri bildiriblər ki, Ukraynadakı genişmiqyaslı müharibə keçmiş ABŞ prezidenti Co Baydenin Vladimir Putinin təhlükəsizliklə bağlı narahatlıqlarını əks etdirən məktubuna cavab verməməsi səbəbindən başlayıb.

Buna cavab olaraq, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Rusiya tərəfinə Moskvanın bu sahədəki narahatlıqlarını və tələblərini nəzərə alacaq yeni bir layihə hazırlamağı təklif ediblər.

Sənəddə həmçinin Rusiyanın Avropa ölkələri ilə münasibətlərdə gərginliyi azaltmaq üçün hansı "simmetrik addımlar" atmağa hazır olduğu da qeyd olunmalıdır. Uitkoff və Kuşner əlavə ediblər ki, bu cür məsələlərin ciddi müzakirəsini təmin etmək üçün Avropa nümayəndələri də danışıqlarda iştirak etməlidirlər.

Lakin nəşrin mənbələrindən biri onun tətbiqinin yalnız Ukraynadakı müharibə bitdikdən sonra mümkün olacağını dəqiqləşdirib.

"Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı bundan sonra nə baş verəcəyini bilənə qədər razılığa gəlməyəcək. Putin də bunu bilmək istəyir. Buna görə təhlükəsizlik məsələsi bu qədər vacibdir", - deyə mənbə izah edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm