Dünya
Toyda dəvəyə içki verdilər: Bəy həbs olundu
İsrail polisi Hebron şəhərində bəyi və toy mərasiminin üç qonağını saxlayıb.
Publika.az xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə yayılan və kişilərin dəvəyə enerji içkisi içirməyə çalışdığını əks etdirən görüntülər olub. Hadisə ilə bağlı “Yediot Ahronot” nəşri məlumat yayıb.
Videoda kişilərin dəvənin ağzına maye tökdüyü, heyvanın içkini geri qaytarmağa çalışdığı zaman isə iştirakçılardan birinin onu çubuqla vurduğu görünür.
Görüntülər sosial şəbəkə istifadəçilərinin, xüsusilə Negev səhrasında yaşayan bədəvilərin və fələstinlilərin kəskin etirazına səbəb olub. Onlar üçün dəvə qəbilə kimliyinin simvollarından biri hesab olunur.
Məlumata görə, saxlanılanlar arasında 26 və 27 yaşlı iki qardaş, həmçinin 53 və 59 yaşlı kişilər var. Dörd nəfərin hamısı dindirilmək üçün polis bölməsinə aparılıb.
Müəllif: Adəm
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?











.jpg)





















