Dünya
Dünya liderlərinin görüşü üçün ilk addım: Putin-Tramp-Si sammiti gündəmdə
ABŞ dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Van İ öz ölkələrinin liderlərinin Rusiya prezidenti Vladimir Putinlə görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər. Bu müzakirə üçtərəfli sammitə hazırlıq əlamətlərini təsdiqləyir və belə bir görüşün keçirilməsi ehtimalını gücləndirir.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, noyabrın 11-də yüksək vəzifəli diplomatlar ABŞ prezidenti Donald Trampın gələn həftə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfəri, eləcə də Çin lideri Si Cinpinin gələn ay “Böyük iyirmilik” (G20) sammitində iştirak etmək məqsədilə Floridaya səfəri ərəfəsində danışıqlar aparıblar.
ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib ki, Rubio və Van İ sülh və nüvəsizləşdirmə kimi məqsədlərə nail olmaq üçün liderlər səviyyəsində danışıqların, o cümlədən Rusiya ilə mümkün üçtərəfli liderlər görüşünün əhəmiyyəti barədə razılığa gəliblər. Lakin belə bir görüşün keçiriləcəyi vaxt və məkan açıqlanmayıb.
Agentliyin qeyd etdiyi kimi, Si Cinpin və Vladimir Putinlə tarixi sammitdə iştirak Donald Tramp üçün diqqəti vaxtında başqa istiqamətə yönəltmək imkanı yarada bilər. Belə ki, bu, ABŞ-da keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının ağır məğlubiyyətindən diqqəti yayındıra bilər. Çünki səlahiyyət müddətinin başa çatmasına yaxınlaşan ABŞ prezidentinin hələ də geniş səlahiyyətlərə malik olduğu azsaylı sahələrdən biri xarici siyasətdir.
Xatırladaq ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov daha əvvəl Putin, Tramp və Si Cinpinin mümkün üçtərəfli görüşünün gündəliyinin razılaşdırılma mərhələsində olduğunu bildirmişdi. O əlavə edib ki, görüşün gündəliyi həm ABŞ, həm də Çin tərəfi ilə müzakirə olunur.
Müəllif: Valeh
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil



































