Dünya
Britaniyadan Rusiyaya TƏHDİD: NATO-ya hücum çağırışı etdi
Böyük Britaniyanın keçmiş baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Mark Sedvill Londonu və NATO-nu Rusiyaya qarşı hücum xarakterli addımlar atmağa çağırıb.
Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, o, bu barədə “Atlantic Future Forum” konfransında çıxışı zamanı danışıb.
Sedvill bildirib ki, bəzən ən effektiv müdafiə üsulu rəqibi çətin seçim qarşısında qoymaq və hücuma keçməkdir. Onun sözlərinə görə, Qərb Rusiyaya qarşı strateji təzyiq mexanizmlərini gücləndirməli, Moskvanı təhlükə hiss etməyə məcbur etməlidir.
Britaniyalı siyasətçi Qərb müttəfiqlərinin təşəbbüsü Rusiyaya verməməli olduğunu vurğulayıb. O, Rusiyaya quruda, dənizdə, hava məkanında, eləcə də informasiya və kiberməkanda kompleks təzyiq göstərilməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, Rusiya da NATO-nun qərb sərhədləri yaxınlığında hərbi fəallığını dəfələrlə tənqid edib. Kreml Moskvanın digər ölkələr üçün təhlükə yaratmadığını, lakin milli maraqlarına potensial təhdid doğuran addımlara cavab verəcəyini bildirib.
Müəllif: Adəm
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?


































