Dünya
Si Cinpin bəyan etdi: Tayvanın birləşdirilməsi qaçılmazdır
Çin prezidenti Si Cinpin Tayvanın Çinlə tam şəkildə yenidən birləşdirilməsinin qaçılmaz olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə Pekindəki Böyük Xalq Sarayında çıxışı zamanı danışıb.
Si Cinpin Tayvan məsələsinin həllini Çin Kommunist Partiyasının “dəyişməz tarixi missiyası” adlandırıb.
“Tarixin axarını dayandırmaq mümkün deyil. Vətənin tam şəkildə yenidən birləşdirilməsi həyata keçirilməlidir və bu, mütləq baş verəcək”, - deyə Çin lideri bildirib.
Si əlavə edib ki, tayvandakılar da daxil olmaqla, bütün çinlilər adanın müstəqilliyini müdafiə edən qüvvələrə qarşı birgə mübarizə aparmalı və Tayvan boğazının hər iki sahili arasında münasibətlərin dinc inkişafına nail olmaq üçün səy göstərməlidirlər.
Müəllif: Roza
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə






































