Ruhani: “Bunun üçün kimsədən icazə almayacağıq”
Bizi izləyin

Dünya

Ruhani: “Bunun üçün kimsədən icazə almayacağıq”

“Kimsə elmi tərəqqidən imtina etdiyimizi düşünməsin. Elm və texnologiyada irəliləmək üçün kimsədən icazə almadıq və almayacağıq”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani “altılıq” ilə aparılan nüvə danışıqlarını şərh edərkən deyib.

İran prezidenti ölkəsinin “altılıq”la aparılan nüvə müzakirələrinin elm və texnologiyadan imtina anlamına gəlmədiyini söyləyib.

Xatırladaq ki, İran və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa) ilə Almaniyanın yer aldığı “5 + 1” qrupu arasında 24 noyabr 2013-cü ildə İsveçrənin Cenevrə şəhərində müvəqqəti nüvə razılaşması imzalanıb. Müqavilə əsasında İrana tətbiq olunan sanksiyalar yüngülləşdirilib və bunun əvəzində İran uranın zənginləşdirilməsi fəaliyyətinin bir hissəsini dayandırıb. Lakin bu günə kimi yekun razılaşmanı imzalamaq mümkün olmayıb.

Həsən Ruhani hökuməti də məhz buna görə ölkədəki bəzi seqmentlər tərəfindən tez-tez tənqidlərə məruz qalır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm