13 yaşlı İŞİD-çidən vəhşət doğuran sözlər
Bizi izləyin

Dünya

13 yaşlı İŞİD-çidən vəhşət doğuran sözlər

13 yaşlı səudiyyəli Xalid İŞİD terrorçularına qoşulmasından danışıb. O, yeniyetmələrin “beyninin necə yuyulduğu” barədə fransalı jurnalist Kristof Boltanskiyə müsahibə verib.

Axar.az-ın “Sana”ya istinadən xəbərinə görə, Xalid İŞİD cərgələrinə 2014-cü ildə 14 yaşlı əmisi oğlu ilə birlikdə qoşulub. Yeniyetmələri “Xilafət” nümayəndəsi Əbu Əl-Xeyr Əl-İraqi qəbul edib. Yeniyetmə bildirib ki, İŞİD terorçularının işğalında olan ərazilərdə bütün məktəblər bağlanııb. Uşaqlar üçün nəzərdə tutulan bütün telekanallar qadağan edilib. Terrorçuların özünə xüsusi cəzavermə dəstələri mövcuddur. Onlar mobil telefonlara nəzarət edir, siqaret çəkənləri cəzalandırır. Hər hansı bir xətaya görə insanları 4 həftəyə kimi həbs edirlər. Qadınlara yalnız niqabda gəzməyə imkan verilir. Paltarlar mütləq İŞİD tərəfindən təyin edilən dükanlardan alınmalıdır.

Jurnalist yazıb ki, Xalid kimi 300 yeniyetməni səhraya təlim mərkəzi adlanan yerə aparıblar. Onlar orada fransız terrorçu Əbu Musaab Əl-Fransinin rəhbərliyi altında fiziki hərbi təlim keçiblər. İki il təlimdən sonra Xalid və yaşıdları Rakka şəhəri yaxınlığında olan tarif məntəqəsinə döyüşə göndərilib. Döyüş təcrübəsi olmayan uşaqlar həlak olublar.

Xalidin sözlərinə görə, o, kiminlə döyüşdüyünü heç bilmirdi. Sonradan məlum olur ki, onlar digər terrorçu təşkilat olan “Əhraruş-Şam” adlı dəstə ilə döyüşüblər. Səudiyyəli yeniyetmə sonradan Türkiyəyə qaçmağa nail olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm