Rusiya və Ukrayna minlərlə əsiri dəyişəcəklər - Trampın kürəkəni açıqladı
Bizi izləyin

Dünya

Rusiya və Ukrayna minlərlə əsiri dəyişəcəklər - Trampın kürəkəni açıqladı

Rusiya və Ukrayna minlərlə əsiri dəyişəcəklər - Trampın kürəkəni açıqladı

ABŞ Rusiya və Ukrayna arasında minlərlə insana təsir edəcək məhbus mübadiləsinə hazırlıq işlərində iştirak edir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner sosial media platforması “X”də bildirib.

Kuşner yazıb: "Biz həmçinin bunun müharibənin ən böyük əsir mübadiləsi olması və potensial olaraq minlərlə insanın ailələri ilə yenidən qovuşmasına imkan verməsi üçün çalışırıq".

O, Ukraynadakı münaqişənin bir çox insanın həyatını məhv etdiyini vurğulayıb və "hər iki tərəfin bu vacib addımı tamamlamaq üçün lazım olan xoşməramlılığı və ciddiliyi nümayiş etdirəcəyinə" ümid etdiyini bildirib.

10-11 noyabr tarixlərində Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. 12 noyabrda ABŞ Prezidentinin xüsusi elçiləri Kuşner və Stiv Uitkov Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Görüş iki saat yarım davam edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm