Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...
Bizi izləyin

Dünya

Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...

Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...

ABŞ prezidenti Donald Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmadan Kuba məsələsini həll etmək istədiyini və bunun üçün hərbi əməliyyat da daxil olmaqla, bütün variantları nəzərdən keçirə biləcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Salem News Channel” telekanalına müsahibəsində danışıb.

“Vəzifəmdən ayrılmadan əvvəl Kuba məsələsini həll etmək istəyirəm”, - deyə o bildirib.

ABŞ dövlət katibi Marko Rubionun Kuba ilə bağlı prosesi “çox yaxşı” idarə etdiyini bildirən Tramp ölkədəki vəziyyətin getdikcə pisləşdiyini vurğulayıb.

ABŞ lideri Kubaya qarşı hərbi gücdən istifadə ehtimalını da istisna etməyib. “Bu, mənim üçün məqbuldur, bunu mütləq nəzərdən keçirərəm”, - Tramp bildirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm