Dünya
Türkiyənin Aralıq dənizindəki hərbi gücü: Yunanıstan təşvişdə - Hərəkətə keçəcəyik?
Şərqi Aralıq dənizində Türkiyənin hərbi fəallığı Yunanıstanda narahatlığı artırıb.
Publika.az xəbər verir ki, Yunanıstanın “Europost” nəşri Türkiyə Hərbi Dəniz Qüvvələrinin imkanlarına və bölgədə həyata keçirdiyi fəaliyyətlərə diqqət çəkib.
Nəşrin məlumatına görə, noyabrın 9-dan 20-dək Şərqi Aralıq dənizində keçirilən “Mavi Balina-2026” hərbi təlimində 11 hərbi gəmi, 8 Türkiyə sualtı qayığı, 10 təyyarə və təxminən 4500 hərbi qulluqçu iştirak edir. Təlimə ABŞ və Pakistanın da daxil olduğu 12 ölkənin hərbi qüvvələri, eləcə də NATO-nun 2-ci Daimi Dəniz Qüvvələri Qrupu (SNMG-2) cəlb olunub.
Təlim çərçivəsində sualtı qayıqlara qarşı mübarizə, hava hücumundan müdafiə, eləcə də dəniz və hava qüvvələri arasında koordinasiya fəaliyyətləri həyata keçirilir.
Yunan nəşri Türkiyənin hərbi fəallığının zamanlamasına da diqqət çəkib. Bildirilib ki, təlim Yunanıstanla Cənubi Kipr Rum Administrasiyası arasında elektrik bağlantısını nəzərdə tutan “Great Sea Interconnector” (GSI) layihəsinin müzakirə olunduğu bir vaxta təsadüf edir. Layihə çərçivəsində Fransanın “Abeille Marengo” tədqiqat gəmisinin fəaliyyəti də diqqət mərkəzindədir.
Nəşrin iddiasına görə, Ankara bölgədəki hərbi mövcudluğunu qorumaq və öz maraqlarını nümayiş etdirmək niyyətindədir.
Yazının sonunda Afinaya ünvanlanan “Hərəkətə keçəcəyik, yoxsa yalnız izləməklə kifayətlənəcəyik?” sualı diqqət çəkib. Bu sual Türkiyənin Şərqi Aralıq dənizində artan hərbi fəallığı fonunda Yunanıstanda müdafiə və çəkindirmə strategiyası ilə bağlı müzakirələrin yenidən aktuallaşdığını göstərir.
Müəllif: Roza
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO
-
Dünya10:00Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...
-
Sosial09:12General qızı azadlıqda - VİDEO
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı










.jpg)





.jpg)



















