Dünya
Yunanıstana ultimatum verildi
Avro zonasına daxil olan ölkələlərin maliyyə nazirləri Afinanın kəskin etirazlarına baxmayaraq, iqtisadi yardım proqramının uzadılması haqda müraciətlə bağlı Yunanıstana ultimatum verib.
Publika.az-ın məlumatına görə, iclasa sədrlik edən Hollandiyanın
maliyyə naziri Yeroen Disselbloem Brüsseldə nəticəsiz danışıqlardan
sonra deyib ki, Yunanıstanın razılığa gəlmək üçün həftənin sonuna
qədər vaxtı var.
“Ümid edirəm ki, onlar proqramın müddətinin uzadılmasını istəyəcək və bunu etsələr, proqramın yüngülləşdirilməsinə imkan yarada bilərik,” deyə o bildirib. Maliyyə nazirin sözlərinə görə, "hər şey Yunanıstanın özündən asılı olacaq."
Yunanıstan hökuməti bu variantı qəbul etməyərək, iqtisadi yardım paketinin şərtlərinin ölkəni yoxsulluğa sürüklədiyini bildirib.
Rəsmi Afina proqramın uzadılması haqda müraciət etsə, avro zona ölkələrinin maliyyə nazirləri iqtisadi yardım paketinin şərtlərinin yüngülləşdirilməsinə dair variantları müzakirə etmək üçün cümə günü daha bir görüş keçirəcək. Daha bir variant isə Yunanıstanın avro zonasından çıxmasına məcbur edilməsi ola bilər.
Yunanıstan və Avropa kreditorları Afinanın ölkə üçün iqtisadi yardım paketinə yenidən baxılmasına dair müraciətini müzakirə etmək üçün Brüsseldə bazar günü danışıqlara başlayıb.
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...