78 ildən sonra ilk dəfə: Şimali Koreya dövlət bayrağını dəyişdi
Bizi izləyin

Dünya

78 ildən sonra ilk dəfə: Şimali Koreya dövlət bayrağını dəyişdi

78 ildən sonra ilk dəfə: Şimali Koreya dövlət bayrağını dəyişdi

Şimali Koreyada (KXDR) dövlətin 1948-ci ildə qurulmasından bəri ilk dəfə milli bayrağın proporsiyaları (bayrağın eni ilə uzunluğu arasındakı riyazi nisbət) dəyişdirilib.

Publika.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu, KXDR-in yenilənmiş Konstitusiyasında qeyd olunub.

Bildirilib ki, konstitusiyanın 166-cı maddəsinə əsasən, dövlət bayrağının hündürlüyünün eninə nisbəti əvvəlki 1:2 əvəzinə 1:1,65 müəyyən edilib. Beləliklə, bayrağın uzunluğu azaldılıb, lakin dizaynı dəyişməz qalıb.

Bayrağın ortasında yenə geniş qırmızı zolaq, onun üstündə və altında ensiz ağ zolaqlar, kənarlarda isə mavi zolaqlar yer alır. Dirəyə yaxın hissədə qırmızı beşguşəli ulduz təsvir olunmuş ağ dairə də saxlanılıb.

O da qeyd olunub ki, əvvəlki proporsiyalar onilliklər ərzində, o cümlədən 2023-cü ildə Konstitusiyaya edilən dəyişikliklərdən sonra da qorunub saxlanılmışdı.

Dəyişikliklər KXDR lideri Kim Çen Inın özünəməxsus idarəçilik üslubunu formalaşdırmaq və ölkənin milli kimliyini gücləndirmək istəyi ilə əlaqələndirilir.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm