Dünya
Tramp "Nvidia" rəhbərinə zəng etdi: Mübarizəni dayandırma!
ABŞ prezidenti Donald Tramp "Nvidia" şirkətinin qurucusu Censen Huanqa vəzifəsini qorumaq uğrunda mübarizəni davam etdirməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti noyabrın 12-də məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp çərşənbə axşamı, "Nvidia" rəhbərinin sürətlə böyüyən casusluq qalmaqalı fonunda vəzifəsini tərk etməsindən az əvvəl ona telefonla zəng edib və geri çəkilməməyə çağırıb.
Məlumata görə, ABŞ xüsusi xidmət orqanları Huanqın Çin vətəndaşı Elis Huanqla əlaqələri barədə Trampa ən azı iki dəfə xəbərdarlıq edib. Kəşfiyyat qurumlarının qiymətləndirməsinə əsasən, həmin qadın Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən əməkdaşlığa cəlb olunub. İlk xəbərdarlıq ötən ilin sonunda, ikincisi isə bu ilin yazında edilib.
Lakin Tramp hər iki halda hər hansı addım atmayıb. Əksinə, may ayında Huanqı Çin səfərinə özü ilə aparıb.
Son günlərdə isə ABŞ prezidenti açıq şəkildə "Nvidia" rəhbərini müdafiə edib və ona dəstəyini ifadə edib. Tramp cümə axşamı sosial şəbəkədəki paylaşımında Huanqı “əfsanə” adlandırıb.
Müəllif: Adəm
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
-
Nida Xəbər 10:05DTX-dən böyük əməliyyat: Kriminal şəbəkənin rəhbəri tutuldu - FOTO
-
Dünya10:00Tramp daha bir ölkəyə hücuma hazırlaşır: Vəzifədən getməzdən əvvəl...











.jpg)






















