7 ədəd alma min manata satıldı - Sirri nədir?
Bizi izləyin

Dünya

7 ədəd alma min manata satıldı - Sirri nədir?

7 ədəd alma min manata satıldı - Sirri nədir?

Yaponiyanın Hokkaydo prefekturasında keçirilən ilin ilk hərracında 7 ədəd xüsusi yetişdirilmiş alma 100 min yenə (təxminən 1063 manat) satılıb.

Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, “Nanamitsuki” markası ilə satışa çıxarılan almalar Hakodate şəhərində təşkil olunan hərracda yüksək qiymətə alıcı tapıb.

Almaların sahibi olan topdansatış şirkətinin nümayəndəsi Yuji Sotozaki meyvələrin dadını yüksək qiymətləndirib: “Bu almaların dadı bal kimidir və həqiqətən çox dadlıdır. Satışına rast gəlsəniz, mütləq dadına baxın”.

Qeyd edək ki, Yaponiyada xüsusi üsullarla yetişdirilən yüksək keyfiyyətli meyvələr hərraclarda satışa çıxarılır. Alıcılar isə bu məhsullara yüksək qiymət təklif etməklə reklam və təşviqat məqsədləri güdürlər.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm