İraq neft oğurluğuna qarşı xüsusi qüvvələr yaratdı
Bizi izləyin

Dünya

İraq neft oğurluğuna qarşı xüsusi qüvvələr yaratdı

İraq neft oğurluğuna qarşı xüsusi qüvvələr yaratdı

İraq neft qaçaqmalçılığı və oğurluğunun qarşısını almaq, neft yataqları və boru kəmərlərinin təhlükəsizliyini gücləndirmək məqsədilə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Enerji Təhlükəsizliyi Xidmətinin baş direktoru, general-leytenant Həmid əl-Hüseyni məlumat verib.

Onun sözlərinə görə, yeni yaradılan qüvvələr cənub bölgəsində geniş səhra ərazilərində patrul xidməti aparacaq və boru kəmərlərini qoruyacaq.

Təhlükəsizlik qüvvələri artıq Ziqar əyalətindəki “Subba” neft yatağında neft oğurlamaq məqsədilə qanunsuz klapanların quraşdırılmasına dair üç cəhdin qarşısını alıb.

Tədbirlər “Rumaila”, “Subba”, “Ğarraf” və “Əl-Əhdab” yataqlarını, eləcə də neft nəqli şəbəkələrini əhatə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm