Qaz kəməri partladı: 1 nəfər öldü, 30-dan çox yaralı var - Foto
Bizi izləyin

Dünya

Qaz kəməri partladı: 1 nəfər öldü, 30-dan çox yaralı var - Foto

Qaz kəməri partladı: 1 nəfər öldü, 30-dan çox yaralı var - Foto

Argentinanın Buenos-Ayres şəhəri yaxınlığındakı Remedios-de-Eskalada şəhərində qaz kəmərinin partlaması güclü yanğına səbəb olub. Hadisə nəticəsində bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Publika.az xəbər verir ki, qəza noyabrın 13-də “MetroGAS” şirkətinin qazpaylayıcı şəbəkəsinin yenilənməsi işləri zamanı baş verib. Təmir briqadasının istifadə etdiyi texnika qaz borusunu zədələyib, nəticədə sızma və ardınca partlayış meydana gəlib.

Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Yeni partlayış təhlükəsi səbəbindən ətrafdakı yaşayış evləri, məktəb, qocalar evi və kommersiya obyektləri təxliyə edilib. Ərazidə nəqliyyatın hərəkəti də dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm