Dünya
Putinin Si Cinpin və Trampla görüşünün tarixi açıqlandı
Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin və Donald Trampın üçtərəfli görüşü noyabrın 19-da keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, üç ölkə başçısının Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏ) sammiti çərçivəsində Şençjendə görüşməsi barədə razılıq əldə olunub.
“Prezident Putin, Sədr Si və Prezident Tramp arasında üçtərəfli görüşün ayın 19-da keçirilməsi barədə razılıq əldə olunub”, – Kreml nümayəndəsi bildirib.
Peskov əlavə edib ki, Putin, Tramp və Si Cinpin arasında görüşün gündəliyinə nüvə silahlarının azaldılması məsələsi daxil ediləcək.
Hüseyn İbadlı
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
-
Nəqliyyat18:36BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi - FOTO
-
İdman18:24“Real” ulduzu ilə müqaviləni uzatdı - Maaşı da artırıldı
-
Enerji18:12Azərbaycan nefti ucuzlaşdı18:15
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"































