Dünya
Pakistan ordusu hərəkətə keçdi - Silsilə antiterror əməliyyatları aparılır
Pakistanın Bəlucistan vilayətində və Xayber-Paxtunxvanın Şimali Vəziristan dairəsində silsilə antiterror əməliyyatları nəticəsində 24 yaraqlı məhv edilib. Toqquşmalar zamanı dörd hərbi qulluqçu həlak olub.
Publika.az "Dawn" nəşrinə istinadla xəbər verir ki, bu barədə Pakistanın İdarələrarası Xidmətlərin İctimaiyyətlə Əlaqələr İdarəsindən (ISPR) bildirilib.
İdarənin məlumatına görə, əməliyyatlar noyabrın 13-dən etibarən Bəlucistanın Kolpur, Kirdqap və Nuşki rayonlarında keçirilib. Noyabrın 14-nə keçən gecə Kolpurda təhlükəsizlik qüvvələri aralarında bir kamikadze-terrorçunun da olduğu səkkiz yaraqlını öldürüb. Həmçinin silah və sursatdan ibarət böyük gizli saxlanc yeri aşkar edilib.
Şimali Vəziristanda keçirilən əməliyyatlar zamanı daha 16 yaraqlı zərərsizləşdirilib. ISPR-in məlumatına görə, toqquşmalar Mir-Əli, Datta-Xel və Əli-Xel rayonlarında baş verib.
Qeyd olunub ki, "Əzm-i-İstehkam" antiterror kampaniyası çərçivəsində ərazilərin təmizlənməsi üzrə əməliyyatlar təhlükə tamamilə aradan qaldırılana qədər davam etdiriləcək.
-
Magazin222:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman20:36Dünya çempionu prezidentliyə namizəd oldu
-
Magazin120:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu
-
Nida Xəbər 18:48Azərbaycan FAMEX-ə dəvət edildi
























.png)








