Çin kəşfiyyat əməliyyatına başladı - “Bal ayı tələsi”nə düşən kimdir?
Bizi izləyin

Dünya

Çin kəşfiyyat əməliyyatına başladı - “Bal ayı tələsi”nə düşən kimdir?

Çin kəşfiyyat əməliyyatına başladı - “Bal ayı tələsi”nə düşən kimdir?

Çin texnologiya sektorunu gücləndirmək məqsədilə kəşfiyyat əməliyyatına başlayıb və "Nvidia" şirkətinin rəhbəri Censen Huanq bu kampaniyanın hədəflərindən biri ola bilər.

Publika.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Məqalə müəllifinin qeyd etdiyinə görə, kəşfiyyat fəaliyyətinin miqyası heyrət doğurur. Qərb rəsmilərinin qiymətləndirmələrinə əsasən, Çinin kəşfiyyat və təhlükəsizlik sahəsində təxminən 600 min nəfər çalışır. Ekspertlər bildirirlər ki, Qərb dövlətləri bu səviyyədə təzyiqə öyrəşməyib və bu cür sistemli təhdidlərdən qorunmaq üçün effektiv mexanizmlərə malik deyil.

Əməliyyatın potensial hədəflərindən biri "Nvidia" şirkətinin rəhbəri Censen Huanq ola bilər. Ehtimallara görə, Çin xüsusi xidmət orqanları sahibkar Elis Huanq ilə əlaqələri vasitəsilə ona qarşı “bal ayı tələsi” metodundan istifadə etməyə cəhd göstərmiş ola bilər. Lakin hazırda onun ələ alınmasına yönəlmiş cəhdin birbaşa sübutları yoxdur.

Noyabr ayında "Nvidia" şirkətinin rəhbəri ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatının agenti hesab etdiyi qadınla romantik münasibətdə olmaqda şübhəli bilinib. KİV-in məlumatına görə, həmin qadın casusluq etmək və ABŞ-ın Çinə süni intellekt çiplərinin tədarükünə qoyduğu qadağaları yan keçməyə cəhd göstərmək məqsədilə ələ alınıb. İş adamı xəyanət etdiyini etiraf edərək əməkdaşlarından və ailəsindən üzr istəyib. Lakin az sonra jurnalistlər Huanqın daha bir münasibəti barədə məlumat yayıblar. Bu dəfə onun "Nvidia" şirkətinin vitse-prezidenti, tabeliyində çalışan Kimberli Pauell ilə münasibətdə olduğu bildirilib. Skandal başlayandan qısa müddət sonra Huanq vəzifəsini tərk edib.

Daha əvvəl Huangın Silikon vadisində öz şirkətini təsis edə biləcəyi barədə məlumat yayılmışdı.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm