Poroşenko: “Ukrayna hərbçiləri Rusiya ordusunu rüsvay etdi” - VİDEO
Bizi izləyin

Dünya

Poroşenko: “Ukrayna hərbçiləri Rusiya ordusunu rüsvay etdi” - VİDEO

Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyanın Debaltsevoda olan qüvvələrinin 80 faizi çıxarılıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə prezident Pyotr Poroşenko anti-terror əməliyyatları zonasına getməzdən əvvəl aeroportda jurnalistlərə açıqlamasında deyib.

Ukrayna prezidenti bildirib ki, Milli Qvardiya və Ukrayna Silahlı Qüvvələrinin Debaltsevodakı bölmələri rayonu hərbi texnika və silahla birlikdə tərk edir: “Biz iddia edirdik ki, Debaltsevo bizim nəzarətimizin altındadır və heç bir mühasirə yoxdur. Bizim hərbi hissələrimiz planlı və mütəşəkkil şəkildə çıxıb. Hərbi texnika və silahlar tamamilə çıxarılıb”, - o bildirib.

Poroşenko qeyd edib ki, son məlumatlara görə, 30-a qədər Ukrayna hərbçisi yaralanıb. O, bu informasiyanın dəqiqləşdirildiyini deyib.

Prezidentin fikrincə, Debaltsevo üçün döyüşlərdə Ukrayna hərbçiləri qarşıya qoyulan vəzifəni şərəflə yerinə yetirdilər: “Rusiya ordusu rüsvay edildi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm