“Rusiya Azərbaycan-Ermənistan sərhədlərini niyə qorumur, ona görə ki…”
Bizi izləyin

Dünya

“Rusiya Azərbaycan-Ermənistan sərhədlərini niyə qorumur, ona görə ki…”

Əhalinin əsas narahatlığı isə ölkənin Gömrük Şurasına üzvlüyündən sonra idxal olunan məhsulların 60 faizinin qiymətinin bahalaşacağı ilə bağlıdır. Bu, Ermənistan iqtisadiyyat nazirinin dilindən də rəsmi şəkildə etiraf edilib.

Ermənistanın Gömrük Şurasına üzvlüyü ilə bağlı qərar prezident Serj Sərkisyanın 3 Sentyabr 2013-cü ildə Moskva səfərində verilməsinə baxmayaraq, bunun ölkəyə gətirəcəyi xeyir və verəcəyi zərər barəsində müzakirələr hələ də davam edir. Əhalinin əsas narahatlığı isə ölkənin Gömrük Şurasına üzvlüyündən sonra idxal olunan məhsulların 60 faizinin qiymətinin bahalaşacağı ilə bağlıdır. Bu, Ermənistan iqtisadiyyat nazirinin dilindən də rəsmi şəkildə etiraf edilib.

Publika.Az –ın verdiyi məlumata görə, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Artak Zakaryan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində ortada narahatlıq doğuracaq ciddi bir məqamın olmadığını dilə gətirib.Onun fikrincə, 60 faiz məhsulun qiymətinin artması enerji məhsulları və Ermənistanın təhlükəsizliyinin təminatı ilə kompensasiya ediləcək. Deməli, faktiki olaraq, A.Zakaryan təhlükəsizliyin təmin olunması qarşılığında əsas məhsulların bahalaşmasına razıdır.

“Lragir” qəzeti isə erməni deputatın dedikləri ilə razı deyil. Qəzetin yazarı Naira Ayrumyan “Rusiyanın Ermənistana verdiyi enerji “təhlükəsizliyi" ucuz qeyri-rus enerji məhsullarının alınmasına qoyulan qadağa, enerji məhsullarının yüksək qiymətlərlə satışına “zəmanət verilməsi”, ölkənin bütün energetika infrastrukturlarının Rusiyaya verilməsidir. Rusiyanın zəmanət verdiyi hərbi təhlükəsizlik nədir? Moskva gizlətmir ki, Ermənistanın sərhədləri əslində MDB-nin xarici sərhədləridir. Amma Rusiya sərhədçiləri Ermənistanın yalnız İran və Türkiyə sərhədlərini qoruyur. Rusiya sərhədçiləri Azərbaycanla sərhədlərini qorumur, ona görə ki, bu sərhəddə əsgərlər ölür. Eyni zamanda yada salmaq lazımdır ki, Ermənistanın təhlükəsizliyi məhz bu sərhədlə bağlıdır” yazıb.

“Lragir” Rusiya jurnalisti Vadim Dubnovun Moskvanın Ermənistana verdiyi təhlükəsizlik zəmanəti ilə bağlı söylədiklərini xatırladır.“Rusiya jurnalisti Vadim Dubnov deyir ki, Rusiya Ermənistanın Azərbaycanla müharibəsinə qarışmayacaq. Rusiyanın Ermənistana verdiyi zəmanət birbaşa olaraq erməni hakimiyyətinin şəxsi təhlükəsizliyinə verilən zəmanətdir. Məsələ ondan ibarətdir ki, Ermənistan Gömrük Şurasına, daha sonra Avrasiya İqtisadi İttifaqına daxil olacağı halda hakimiyyətə Ermənistanı idarə etməyə, əbədi olaraq pul qazanmağa və bütün opponentləri məhv etməyə imkan verəcək”, - qəzet Ermənistan hakimiyyətinin xarici siyasətdə atdığı bütün addımların məhz hakimiyyətin saxlanılmasına xidmət etdiyini qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm