Yunanıstanın yeni prezidenti seçildi
Bizi izləyin

Dünya

Yunanıstanın yeni prezidenti seçildi

Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Yunanıstanın prezidenti seçilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkə parlamentinin 180-dən çox deputatı 65 yaşlı Prokopis Pavlopulosun namizədliyini dəstəkləyib.

Bu isə onun seçkilərin birinci turunda seçilməsi üçün kifayət edib.

Qeyd edək ki, Prokopis Pavlopulosun namizədliyi baş nazir Aleksis Sipras tərəfindən irəli sürülmüşdü. Yeni prezident bu postu mart ayında tutacaq və 85 yaşlı Karolos Papuliyasın beşillik prezidentliyi başa çatacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm