İŞİD Türkiyəyə qarşı müharibəyə başlayır – Ərdoğanın adamından şok AÇIQLAMA
Bizi izləyin

Dünya

İŞİD Türkiyəyə qarşı müharibəyə başlayır – Ərdoğanın adamından şok AÇIQLAMA

Yaxın vaxtlarda İŞİD terror təşkilatı Türkiyəyə hücum edə bilər”.

Publika.az-ın məlumatına görə, belə bir sensasiyalı bəyanatla “Yeni Şafak” qəzetinin icraçı direktoru İbrahim Karagül çıxış edib.

İ.Karagül deyib ki, İŞİD terrorçularının iordaniyalı pilot Muaz Kasebeni yandırması və Liviyada 21 xristian misirlinin başını kəsməsi Misir və İordaniyanı tələyə salmaq məqsədilə atılmış addımlardır: “ABŞ və Avropa İŞİD vasitəsilə “Müsəlman qardaşları” adlanan təşkilatı zəiflətmək istəyir. Bu, Qərbin 21-ci əsrdə planlaşdırdığı ən böyük gizli layihələrdən biridir. İŞİD-in yeni hədəfi isə Türkiyə olacaq. Yaxın aylarda İŞİD-in kürdlərə qarşı olduğu kimi, Türkiyəyə qarşı da amansız müharibəyə başlayacağını güman edirəm. Xarici dairələr Türkiyəni İŞİD-ə qarşı mübarizə ilə sınağa çəkmək istəyirlər. Bu məsələyə görə hər kəs çox diqqətli olmalıdır”.

İ.Karagül qeyd edib ki, bu terror təşkilatının ilk hədəfi müsəlman şiələridir. “İŞİD-in ilk hədəfi şiələrdir. Ona görə də terrorçu təşkilatın üzvləri Suriya və İraqda İranın şiə təsirinə qarşı hərəkətə keçiblər. Onlar şiə-sünni amilindən sui-istifadə edirlər. Ona görə də təşkilat bir anda öz strategiyasını dəyişərək sünni kürdlərə qarşı mübarizəyə başladı”.

Xatırladaq ki, “Yeni Şafak” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxın olan qəzetdir. Bu qəzetin icraçı direktoru və köşə yazarı olan İbrahim Karagül isə Ərdoğana yaxınlığı ilə tanınır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm